Slimfit
  1. BİOQRAFİYA

Ramiz Quliyev

Ramiz Quliyev
Sakura

Azərbaycan musiqiçisi, görkəmli tarzən, Azərbaycan SSR xalq artisti (1988), Azərbaycan Respublikasının…

Ramiz Əyyub oğlu Quliyev (30 aprel 1947, Ağdam) — Azərbaycan musiqiçisi, görkəmli tarzən, Azərbaycan SSR xalq artisti (1988), Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı (2014).

Həyatı

1947-ci il aprelin 30-da Ağdamda anadan olub. 1954-cü ildə Ağdam şəhər 7 illik musiqi məktəbinə, 1960-cı ildə Üzeyir Hacıbəyov adına Ağdam orta ixtisas musiqi məktəbinə daxil olub. 1964-1969-cu illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında tar və dirijorluq ixtisasları üzrə təhsil alıb.

Fəaliyyəti

Ağdam musiqi məktəbi illərində "Şur" xalq çalğı alətləri ansamblının tərkibində bir çox müsabiqə və festivallarda, 1961-ci ildə Moskvada keçirilən "Xalq təsərrüfatı nailiyyətləri sərgisində" iştirak edib, medal və fəxri fərmanlarla təltif olunub. Rayon pionerlər evində tar ixtisası üzrə dərnək rəhbəri və Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam dram teatrında musiqi hissə müdiri olub. 1963-1964-cü illərdə Ağdam 1 saylı, 1965-1974-cü illərdə Bakı 1 və 20 saylı musiqi məkləblərində, 1974-1992-ci illər ərzində Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının Xalq çalğı alətləri kafedrasında tar ixtisası üzrə müəllim, baş müəllim, dosent, professor kimi pedaqoji fəaliyyət göstərib. 1992-2002-ci illərdə həmin kafedraya rəhbərlik edib. Türkiyə, Əfqanıstan, Suriya, Hollandiya, İsveçrə, ADR, Pakistan, Əlcəzair, Tunis, AFR, Hindistan, ABŞ, Kanada, Danimarka, İran, İraq, Fransa, İngiltərə, İsrail, Norveç və s. ölkələrdə konsertlər verib. 1989-cu iidə "Böyük İpək yolu" festivalı çərçivəsində Yaponiyanın 30-dan artıq şəhərində konsertlər verib. 1964-1994-cü illərdə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının və Dövlət konsert birliyinin solisti olub. 1994-cü ildə Türkiyənin İzmir şəhərinin Ege Universitetində, 1997-ci ildə İsrailin Yerusəlim şəhərində və 2002-ci ildə Tehran Dövlət Mədəniyyət və İncəsənət Universitetində "ustad dərsləri" verib. 1981 və 1984-cü illərdə XVIII və XIX çağırış Nəsimi rayonu Xalq Deputatları Sovetinə seçilib.

Mükafatları

Azərbaycan SSR Lenin komsomolu mükafatı — 1978

"Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1982

"Azərbaycan SSR xalq artisti" fəxri adı — 1988

"Humay" mükafatı — 1993

"Şöhrət" ordeni — 14 may 2007

Azərbaycan Respublikasının Dövlət Mükafatı — 26 may 2014

"Şərəf" ordeni — 1 may 2017

Ramiz Quliyev həmçinin 1974-cü ildə musiqiçilərin Zaqafqaziya festivalında birinci mükafata, Moskvada keçirilən estrada artistlərinin V Ümumittifaq müsabiqəsində isə laureat adına layiq görülüb. 1988-ci ildə YUNESKO xətti ilə ABŞ-da keçirilən Beynəlxalq folklor festivalında xüsusi diplomla təltif olunub. 2001-ci ildə "Simurq milii mükafat fondu"nun təsis etdiyi "XXI əsrin ilk laureatları - ali dərəcəli mükafatı - "ilin fədakar sənətçisi" fəxri adı laureatı olmuşdur.

Ailəsi

Dirijor Əyyub Quliyevin atasıdır.

 

Ramiz Quliyevin "Tarla söhbət" albomu

Ramiz Quliyevin ifa etdiyi "Ay işığında" musiqisi

Ramiz Quliyevin ifa etdiyi "Ləpələr" musiqisi

Mənbə: Ramiz Quliyev - tarzən

Mənbə: R.Ə.Quliyevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR