Ramiz Mehdiyevin kürəkəninə 15 sutka həbs verildi
Abşeron rayon Məhkəməsində karantin qaydalarını pozaraq övladına toy edən sabiq deputat İlham Əliyev və qudası Rövşən Mustafayevin işi üzrə məhkəmə prosesi başa çatıb. .
Ens.az Modern.az-a istinadən xəbər verir ki, prosesdə qərar elan olunub. Məhkəmənin qərarı ilə İlham Əliyev və Rövşən Mustafayev 211.1-ci maddəsilə 15 gün həbs edilib.
XXX
Övladına xüsusi karantin zonasında toy məclisi təşkil edən sabiq deputat İlham Əliyev məhkəməyə çağırılıb.
Modern.az-ın Elektron Məhkəmə Sisteminə istinadən xəbərinə görə, İ. Əliyev karantin qaydalarını pozmaqda təqsirləndirilib. O İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) cərimələnəcəyi ehtimal edilir. Sabiq deputat Abşeron rayon Məhkəməsinə çağırılıb.
Qeyd edək ki, ötən gün İlham Əliyevin oğlunun toy mərasimindən videogörüntülər yayılmışdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət