Slimfit
  1. MEDİA

Ramiz Mehdiyev və kürəkəni bu hadisədən bir nəticə çıxaracaqmı? - DEPUTAT sərt danışdı

Ramiz Mehdiyev və kürəkəni bu hadisədən bir nəticə çıxaracaqmı? - DEPUTAT sərt danışdı
Sakura

Ramiz Mehdiyev və kürəkəni bu hadisədən bir nəticə çıxaracaqmı? - DEPUTAT sərt danışdı

Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyevə və onun qudası Rövşən Mustafayevə karantin qaydalarını pozduqlarına görə 15 sutka inzibati həbs cəzası verilib. Belə ki, Ramiz Mehdiyevin kürəkəni, eks-deputat İlham Əliyev Novxanı qəsəbəsində qızı Fidan Əliyevaya toy edib. Toyda hazırda vəzifədə olan və sabiq məmurlar da iştirak edib. Avqustun 18-də bağ evində keçirilən mərasimdən görüntülər mətbuatda və sosial şəbəkələrdə yayılıb. Qeyd edək ki, toyda iştirak edən qonaqların hər biri karantin qaydalarını pozduqlarına görə 400 manat məbləğində cərimələnib.

Ens.az xəbər verir ki, Mövzu ilə bağlı fikirlərini KONKRET.az-a açıqlamasında deputat Nəsib Məhəməliyev bildirdi ki, karantin rejiminin qaydalarına uyğun olaraq bütün kütləvi tədbirlərin qadağan olunduğu bir vaxtda toy məclisinin keçirilməsi cəmiyyətdə ciddi rezonans doğurub:

“Bu, mətbuatda və sosial şəbəkələr vasitəsilə işıqlandırılandan sonra haqlı olaraq ictimai qınağa səbəb oldu. Əsas səbəb isə toy məclisinin sıravi bir vətəndaş tərəfindən deyil, ölkədə kifayət qədər tanınmış insanlar tərəfindən təşkil olunmasıdır. Əslində bu toy pandemiya başlanan gündən ölkə başçısının rəhbərliyi ilə aparılan siyasətə kölgə salmaq məqsədi daşıyırdı. Karantin məhdudiyyətləri əhalinin sağlamlığını qorumaq, koronovirusun yayılmasının qarşısını almaq üçün tətbiq edilir. Ancaq özlərini qanundan üstün tutan, xüsusi imtiyazlı hesab edən belə ərköyün şəxslərin hərəkətləri vətəndaşların dövlətə olan inamını sarsıdır.

Cənab Prezident dəfələrlə çıxışlarında kimliyindən asılı olmayaraq hər kəsin qanun qarşısında bərabər olduğunu, heç kimin toxunulmazlıq statusunun olmadığı bəyan edib. Hər zaman sözü ilə əməli üst-üstə düşən ölkə başçısının iradəsi və qətiyyəti sayəsində ədalət zəfər çaldı”.

Nəsib Məhəməliyev fikrini belə tamamladı:

“Ayrı seçkilik olmadan qanun pozucularının cəzalandırılması isə xalq tərəfindən yüksək qarşılandı. Bəli, bu hadisə Azərbaycanda qanunların hər kəs üçün eyni olduğunun sübutudur. Hesab edirəm ki, görülmüş tədbirlər cəmiyyətin saflaşmasına, demokratikləşməsinə, bütövləşməsinə, sosial ədalət prinsiplərinin qorunmasına xidmət edir. Bu hadisədən hər kəs nəticə çıxarmalıdır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sabirin satiralarından seçilmiş sözlərlə qurulub bu şəkil...

Redaktor seçimi

SON XƏBƏRLƏR