Dərc edildi: Baxış sayı: 471
Ramiz Həsənov Türk Şurası sammiti ərəfəsində keçiriləcək nazirlər görüşündə iştirak edəcək
Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının (Türk Şurası) Qırğızıstanda keçiriləcək sammiti ərəfəsində baş tutacaq nazirlər görüşündə Azərbaycanı xarici işlər nazirinin müavini Ramiz Həsənov təmsil edəcək.
"Report" xəbər verir ki, bunu avqustun 31-də keçirdiyi brifinqdə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
O qeyd edib ki, quruma üzv olan dövlətlərin xarici işlər nazirlərinin iclası sentyabrın 2-də keçiriləcək. XİN rəsmisi deyib ki, sammitin özü sentyabrın 3-də baş tutacaq. Azərbaycan Prezidenti İlham Əliyevin sammitə qatılacağı gözlənilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət