Dərc edildi: Baxış sayı: 803
Ramin Bayramlı: "Azərbaycana ən təhlükəsiz və effektli vaksinlər gətiriləcək"
"Əminliklə bildirmək istəyirəm ki, ölkəyə koronavirusla əlaqəli ən təhlükəsiz və ən effektli vaksinlər gətiriləcək".
Ens.az Report.az-a istinadən xəbər verir ki,bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti Yanında Operativ Qərargahın brifinqində deyib.
TƏBİB sədrinin fikrincə, gələn il üçün vaksinasiya aparılacaq: "Vaksinasiya "Biz birlikdə güclüyük" devizi altında keçiriləcək və virusa qarşı mübarizədən qalib kimi çıxacağıq".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət