Dərc edildi: Baxış sayı: 481
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimov vəzifəsindən azad edilib
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimov vəzifəsindən azad edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən xəbərə görə, bu barədə nazir Ramil Usubov əmr imzalayıb.
Q.Rəhimov yaş həddi ilə bağlı təqaüdə göndərilib.
Nazirin digər əmri ilə BŞBPİ-nin mətbuat xidməti rəhbəri vəzifəsinə Elşad Hacıyev təyin edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət