Ramil Usubov yeni vəzifəsində bu işləri görəcək
Ötən gün prezident İlham Əliyev Ramil Usubovu Daxili İşlər naziri vəzifəsindən azad edərək Azərbaycan Prezidenti yanında Təhlukəsizlik Şurasının katibi təyin edib.
BAKU.WS xəbər verir ki, Ramil Usubovun katib təyin olunduğu Təhlükəsizlik Şurası Prezidentin yanında məşvərətçi orqandır.
O, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 27-ci bəndinə uyğun olaraq Prezident tərəfindən yaradılır. Təhlükəsizlik Şurası vətəndaşların hüquq və azadlıqlarının, Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunması sahəsində Prezidentin öz Konstitusiya səlahiyyətlərini həyata keçirməsinə şərait yaradılmasını təmin edir.
Təhlükəsizlik Şurası Prezidentin yanında məşvərətçi orqandır. Şuraya vitse-prezident, Milli Məclisin sədri, baş nazir, Prezident administrasiyasının rəhbəri, dövlət müşavirləri, baş prokuror, xarici işlər naziri, müdafiə naziri, dövlət təhlükəsizlik xidmətinin rəisi, daxili işlər naziri daxildir.
Təhlükəsizlik Şurasının iclaslarına Prezident sədrlik edir. Şuranın Katibi funksiyalarını Prezidentin Administrasiyasının rəhbəri yerinə yetirir. Administrasiyanın rəhbəri Təhlükəsizlik Şurasının fəaliyyətini təmin edir, onun iclaslarının hazırlanmasına rəhbərlik edir. İclasların gündəliyi və məsələlərin müzakirəsi qaydası Administrasiya rəhbərinin təqdimatı əsasında Prezident tərəfindən müəyyənləşdirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət