Ramil Usubov Lənkəranda vətəndaşları qəbul edib
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Lənkəran şəhər rayon Polis şöbəsində daxili işlər orqanlarının fəaliyyətinə və səlahiyyətinə aid məsələlərlə əlaqədar növbəti qəbul keçirib.
Daxili İşlər Nazirliyindən AzNews.az-a verilən məlumata görə, Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı, Lerik şəhər və rayonlarından qəbula gələn 32 nəfəri şəxsən dinləyən nazir R.Usubov onları narahat edən problemlərin operativ şəkildə, mövcud qanunvericiliyə uyğun həlli üçün Nazirliyin aidiyyəti baş idarə və xidmət rəislərinə konkret tapşırıqlar verib. Müraciətlərin böyük əksəriyyəti elə yerindəcə öz həllini tapıb.
Tədbirdə iştirak edənlər göstərilən diqqət və qayğıya, bölgələrdə mütəmadi olaraq vətəndaşların qəbulunun təşkilinə, icra orqanlarının rəhbərləri tərəfindən müraciətlərinə operativ münasibətə və həssas yanaşılmasına görə dövlət başçısına minnətdarlıq ediblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət