Dərc edildi: Baxış sayı: 326
Ramil Usubov Lənkəranda vətəndaşları qəbul edəcək
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı, Lerik şəhər və rayonlarının sakinlərini qəbul edəcək.
Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, sentyabrın 29-da saat 10:00-da Lənkəran Şəhər-Rayon Polis Şöbəsində keçiriləcək qəbula vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və DİN-in səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət