Dərc edildi: Baxış sayı: 354
Ramil Şeydayevin Türkiyə klubuna qoşulacağı tarix müəyyənləşib
Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev yanvarın 17-də Türkiyənin “Kocaelispor” klubuna qoşulacaq.
“Report”un yerli mətbuata istinadən məlumatına görə, son klubu Tailand təmsilçisi “Buriram Yunayted” olan 28 yaşlı hücumçu səhər saatlarında Kocaelidə olacaq.
O, tibbi müayinədən keçdikdən sonra TFF I Liqa təmsilçisi ilə rəsmi müqavilə imzalayacaq və kollektivlə ilk məşqinə çıxacaq. Şeydayevin sözləşmə müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
Ramil Şeydayev “Buriram Yunayted”in heyətində bütün turnirlərdə 16 oyunda 1 qol vurub, 4 məhsuldar ötürmə verib.
Qeyd edək ki, “Kocalispor” I Liqada 18 turdan sonra 33 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət