Dərc edildi: Baxış sayı: 501
Ramil Quliyev Brilliant Liqada ikinci olub
Türkiyə yığmasında çıxış edən azərbaycanlı atlet Ramil Quliyev Brilliant Liqada 200 metr məsafəyə qaçışda ikinci olub.
"Report"un məlumatına görə, 28 yaşlı idmançı Fransanın Monako şəhərində təşkil olunan yarışda 19.99 saniyə ilə ikinciliyi əldə edib.
ABŞ təmsilçisi Noy Layls 19.65 saniyə ilə birinci, ekvadorlu Aleks Kinones isə 20.03 saniyə ilə üçüncü olub.
Qeyd edək ki, Ramil Quliyev ötən il İngiltərənin paytaxtı Londonda dünya çempionu olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət