Slimfit
  1. CƏMİYYƏT

Ramazan bayramında fitrə zəkatı kimə və nə qədər verilməlidir… - CAVAB

Ramazan bayramında fitrə zəkatı kimə və nə qədər verilməlidir… - CAVAB
Sakura

Ramazan bayramında fitrə zəkatı kimə və nə qədər verilməlidir… - CAVAB

Sabah Azərbaycanda Ramazan bayramı qeyd olunacaq. Bu ayda oruc tutmaqla yanaşı, vacib olan əməllərdən biri də fitrə zəkatının çıxılmasıdır.


Ens.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Şahin Həsənli Modern.az-a bildirib ki, fitrə zəkatı İslam dinində vacib hesab edilir və maddi vəziyyəti normal olan hər bir müsəlman mütləq Ramazan ayı bitmədən fitrə sədəqəsi verməlidir.

Onun sözlərinə görə, fitrənin ümumi miqdarı ailə fərdlərinin sayına görə müəyyən edilir:

“Hədislərdə bildirilir ki, fitrə zəkatı verilməsə, oruc qəbul olunmaz. Özünü, ailəsini təmin edə bilən insanlar fitrə zəkatı ödəməlidir. İmkanı çatmayanlara isə fitrə zəkatı vacib deyil. Fitrə zəkatı 3 kiloqram arpa, buğda, düyü, xurma və s. növ ərzaqların dəyəri məbləğində ayrılır. Həmçinin o dəyərdə ərzaqla da əvəz etmək olar.

Hacı Şahin deyib ki, fitrə zəkatı bayram axşamı, mayın 23-dən 24-nə keçəndən bayram namazına qədər, çatdırmasa günorta azanına qədər, bu da olmasa gün ərzində ehtiyaclı insanlara vermək lazımdır”.

Qeyd edək ki, fitrənin pul şəklində miqdarı Qafqaz Müsəlmanları İdarəsi tərəfindən 10-15 manat həcmində müəyyənləşib.

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev tələbələri arasında

Redaktor seçimi

SON XƏBƏRLƏR