Slimfit
  1. İDMAN

Rafael Nadal “Real”ın prezidenti ola bilər

Rafael Nadal “Real”ın prezidenti ola bilər
Sakura

İspaniyalı raketka ustası Rafael Nadal Madrid “Real”ının prezidenti ola bilər

İspaniyalı raketka ustası Rafael Nadal Madrid “Real”ının prezidenti ola bilər.

Oxu.Az xəbər verir ki, 2011-ci ilin martında bu klubun fəxri üzvü olan Nadal bunun üçün 2031-ci ilədək gözləməlidir.

Çünki qaydalara görə, iyirmi illik üzvlüyü olanlar ancaq bu klubun prezidentliyinə namizədliyini verə bilər. Həmin vaxt isə Nadalın 45 yaşı olacaq.

15 ildir ki, “Real”ın prezidenti olan 72 yaşlı Florentino Peres də Nadalın seçimini gözəl adlandırıb:

“O, “Real”ın dünyadakı ən yaxşı səfirlərindən biridir. Nadal “Real”ın prezidentliyi üçün gözəl seçim olardı”.

Elə dahi tennisçi özü də prezidentliyə pis yanaşmadığını bildirib:

“Real”a rəhbərlik etmək istərdim. Ancaq klubun hazırda dahi prezidenti var və bu gün bu haqda düşünə bilmərəm. Düşünmürəm ki, “Real”ın mənə ehtiyacı var. Ancaq sən indidən gələcəkdə nə olacağını bilə bilməzsən”.

Qeyd edək ki, Rafael Nadal hazırda Tennis Peşəkarları Assosiasiyasının (ATP) bir nömrəli idmançısı sayılır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan toyu, Qarabağ, Şuşa, 1965

Redaktor seçimi

SON XƏBƏRLƏR