Slimfit
  1. MƏDƏNİYYƏT

Rafael Dadaşovun ailəsi çəkilişə icazə vermədi

Rafael Dadaşovun ailəsi çəkilişə icazə vermədi
Sakura

Rafael Dadaşovun ailəsi çəkilişə icazə vermədi

Xalq artisti Rafael Dadaşovun cənazəsi evindən yuyulmaq üçün məscidə aparılıb. 

News24.az-ın məlumatına görə, mərhum sənətkarın yaxınları, sənət yoldaşları ailəsinə baş sağlığı vermək üçün onun evinə toplaşıblar. 

Onlar arasında Akademik Milli Dram Teatrının direktoru Azər Paşa Nemətov, xalq artistləri Hacı İsmayılov, Nurəddin Mehdixanlı, Brilliant Dadaşova, əməkdar artist Anar Heybətov da var. 

News24.az-a açıqlamasında xalq artisti Hacı İsmayılov Rafael Dadaşovun ölümündən çox üzüldüyünu və onun xalqın ürəyini fəth edən sənətkar olduğunu bildirib: “Böyük itkidir, qəlbən sarsılmışıq. Onun yaratdığı obrazlar həmişə qəlbimizdə yaşayacaq. Allah rəhmət eləsin, yaxınlarına, doğmalarına başsağlığı verirəm”.  

Çəkiliş üçün mərhum aktyorun evinə üz tutan media nümayəndələrinə çəkiliş etməyə icazə verilməyib. Qeyd edilib ki, çəkiliş sabah II Fəxri Xiyabanda dəfn zamanı mümkün olacaq. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Verzaska çayı, İsveçrə

Redaktor seçimi

SON XƏBƏRLƏR