Dərc edildi: Baxış sayı: 764
Rafael Ağayev bundan sonra yeni dizaynlı kimanoda döyüşəcək
Fransanın paytaxtı Parisdə keçiriləcək ilin ilk Premyer Liqa turnirində yenilik tətbiq olunacaq.
Oxu.Az-ın xəbərinə görə, 24-26 yanvar tarixlərində keçiriləcək Olimpiya lisenziya xalı verən yarışda karateçilərin kimanolarının çiyin hissəsində mavi və qırmızı naxışlar olacaq.
Bununla idmançıların vizual tanınmasını təmin etmək məqsədi güdülür. Həmçinin, bu addımın daha çox tamaşaçı marağına səbəb olacağı gözlənilir.
Qeyd edək ki, Paris Premyer Liqa turnirində Azərbaycanın 16 idmançısının mübarizə aparacağı gözlənilir. Bu yarışdan sonra dünya çempionlarımız Rafael Ağayevlə İrina Zaretskayaya ikinci dəfə “Best of the Best” mükafatı veriləcək.
Həmçinin, onlara il boyu digər idmançılardan fərqləndirən qızılı xətlərlə bəzədilmiş kimanolar təqdim olunacaq.
Səbuhi Musayev
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət