“Qvardiolanın məşqçiliyini sevirəm, insanlığını yox” — Eto
Kamerun millisinin sabiq hücumçusu Samuel Eto karyerası ərzində birgə çalışdığı baş məşqçilərlə bağlı danışıb.
“Qafqazinfo” xəbər verir ki, “Barselona”da Pep Qvardiolanın rəhbərliyi altında oynamış 38 yaşlı sabiq futbolçu ispaniyalı mütəxəssis barədə maraqlı fikirlər söyləyib:
“Ən yaxşı baş məşqçi? Hər biri xüsusidir. Kimisə seçmək asan deyil, amma məcbur qalsam, Luis Araqonesi söyləyə bilərəm.
“Malyorka”da çıxış edərkən onun kabinetində həyatımı dəyişən söhbətimiz oldu. O, komandada hər şey etdiyimi və əsl səviyyəmin necə olduğunu görmək üçün başqa kluba keçməli olduğumu dedi. Həmin an düşündüm ki, bu qoca nə deyir? Luis Araqones şəxsiyyət idi, onunla necə oynamağı bilirdim. Mənə ata kimi idi. Onun kimi baş məşqçi olmaq böyük şərəf olardı.
Pep Qvardiolanın məşqçiliyini sevirəm, amma insanlığını yox. Həqiqətən də ən yaxşı baş məşqçidir. Bildiyini yaxşı izah etməsi onu fərqli edir. Futbol oynamağı onunla öyrəndim. Məni ay ərzində ehtiyatda saxladı. Bununla məni daha yaxşı etməyə məcbur edirdi. Ağlında mənim üçün xüsusi oyun planı cızırdı. Onun sayəsində ən yaxşı səviyyəyə çatdım. 11 döyüşçüdən ibarət komanda idik və hər şeyi qazandıq”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət