Dərc edildi: Baxış sayı: 578
Quzğunlarla ceyranın ölüm-dirim savaşı
Turistlər Keniyanın Masai-Mara qoruğunda quzğunun ceyranlara hücumuna şahid olublar.
Müşahidəçilərin çəkdiyi görüntülər “Maasai Sightings” adlı “YouTube” kanalında yerləşdirilib.
Videonun müəllifi yırtıcı quşların ceyran balasına hücum etdiyini söyləyib. Anası onu qorumağa çalışsa da, bacarmayıb. Sonda ana ceyran təslim olaraq qaçıb, quzğunlar isə ölü balanı parçalayıb.
“Savannada ov olmaq çətindir”, - deyə turistlər videonu bitirib.
Masai-Mara Təbiət Qoruğu Keniyanın cənub-qərbində yerləşir. Ərazi aslanlar və bəbirlərin böyük populyasiyaları, həmçinin, qnuların illik köçü ilə tanınır.
Bununla yanaşı, burada qara kərgədan, begemot, xallı yalquzaqların, zebralar, zürafələr, ceyranın bir neçə növü, impala və Afrika cüyürü yaşayır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət