Slimfit
  1. DÜNYA

Quterreşdən çağırış: İkili standartlardan çəkinin!

Quterreşdən çağırış: İkili standartlardan çəkinin!
Sakura

Quterreşdən çağırış: İkili standartlardan çəkinin!

Beynəlxalq ictimaiyyət Ukrayna və Qəzza zolağındakı münaqişələrdə BMT Nizamnaməsinə və beynəlxalq humanitar hüquqa uyğun olan prinsiplərə əməl etməli, ikili standartlardan çəkinməlidir.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş AB-nin Brüsseldə keçirilən sammitinə gələrkən deyib.

"HƏMAS-ın 7 oktyabr (2023-cü il – red.) terror aktını pislədiyimiz kimi, indi gördüklərimizi də pisləyirik: Qəzzada misli görünməmiş sayda qurbanlar var. Biz həm Ukraynada, həm də Qəzzada ikili standartlar olmadan prinsiplərə əməl etməliyik", - deyə o əlavə edib.

Quterreş, həmçinin qlobal çağırışlar üzrə BMT ilə sıx əməkdaşlığa görə AB-yə təşəkkür edib.

AB-nin dövlət və hökumət başçılarının iki günlük görüşünün əsas mövzusu Ukrayna və Yaxın Şərqdəki münaqişələr olacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR