Slimfit
  1. GÜNDƏM

Quşun Rəşadı ağır yaralamasına gülənlər... - Ekspert

Quşun Rəşadı ağır yaralamasına gülənlər... - Ekspert
Sakura

Quşun Rəşadı ağır yaralamasına gülənlər... - Ekspert

Pilotun katapult anını gecikdirməsi ehtimalını ilk gündən irəli sürmüşdüm. Təcrübəli pilot üçün təyarəni xilas etmək şərəf məsələsidir. Döyüş maşını uğrunda sonacan mübarizə aparmış şərəfli zabit Rəşad Atakişiyevə Allahdan rəhmət diləyirəm.

Axar.az xəbər verir ki, bu sözləri hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Nazim Bayram qeyd edib. Ekspert bildirib ki, quşlarla təyarələrin toqquşması hadisələri nadir hal deyil:

“Qəzanın səbəbinə gəlincə, komisiyanın rəyini şübhə altına almaq üçün əsasım yoxdur. Hər il dünyada beş mindən çox quşlarla təyarələrin toqquşma hadisəsi qeydə alınır və müxtəlif dərəcəli qəzalar baş verir. Uzağa getməyək, bir neçə gün əvvəl quşların mühərrikə düşməsindən "Ural Avialiniyaları" kampaniyasının təyyarəsi qəza halında qarğıdalı sahəsinə eniş etmişdir. Bəzən isə quşlar pilot kabinasına çırpılır. Baxmayaraq ki, quş adi halda kiçik və yumşaq cismdir, təyyarənin yüksək sürətinə görə bəzən pilotlara ciddi xəsarətlər yetirir. Keçən il analoji hadisə İsveç hərbi təyarəsi ilə baş vermişdi. Pilot xəsarət alsa da, katapult edə bilmişdi”.

N.Bayram qeyde dib ki, Müdafiə Nazirliyinin komissiyasının rəyini şübhə altına almaq hər kəsin haqqıdır. Bunu kim nə niyətlə şübhə altına alırsa, özü bilər:

“Ancaq ümumən yüksək sürətlə hərəkət edən təyyarəyə quşun çırpılmasına və bunun nəticəsində pilotun xəsarət ala bilməsinə lağ-lağı etmək sadəcə avamlıq və avarıçılıq deyil, aqressiv nadanlıqdır. Bunu etməyin. Çox da ki, dünyaya çoxdan məlum olan şeyləri indi eşidirsiz. İnsan (toplumu) bilmədiyi şeylərə güləndə, özünü gülünc edir”.

Qeyd edək ki, iyulun 24-də saat 22:00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları həyata keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 tipli döyüş təyyarəsinin uçuşun bort qeydiyyatçısındakı (“qara qutu”dakı) məlumatlar və uçuşun aparılması ilə bağlı digər texniki sənədlər mütəxəssislər tərəfindən təhlil edilərək öyrənilib.

Hadisənin baş vermə səbəblərinin öyrənilməsi onu da göstərib ki, təyyarə Xəzər dənizinə düşməzdən əvvəl havada yad cisimlə (quş və ya quş dəstəsi) toqquşub və pilot xəsarət alıb. “Qara qutu”dan əldə edilən məlumatlara əsasən pilot qəzanın qarşısını almaq məqsədilə təyyarənin idarəolunmasını bərpa etməyə cəhd göstərib. Lakin pilotun aldığı ağır bədən xəsarəti bunu mümkünsüz edib və nəticədə aviasiya vasitəsinin qəzaya uğramasına gətirib çıxarıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR