Slimfit
  1. AZƏRBAYCAN

Qusarda Ümumdünya insan alverinə qarşı mübarizə günü keçirilib

Qusarda Ümumdünya insan alverinə qarşı mübarizə günü keçirilib
Sakura

Qusarda Ümumdünya insan alverinə qarşı mübarizə gününə həsr olunan konfrans keçirilib

Qusarda Ümumdünya insan alverinə qarşı mübarizə gününə həsr olunan konfrans keçirilib.

ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, müvəqqəti işlər vəkili Uilliam Qill konfransın açılışında iştirak edib.

U.Qill konfransı açaraq qeyd edib ki, hər kəsin insan alverinə qarşı aparılan mübarizədə vacib rolu var: "Birgə işləyərək biz bu mübarizədə qalib gələ bilərik.”

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) təşkilatı da daxil olmaqla ABŞ hökuməti tərəfindən maliyyələşdirilən konfrans Beynəlxalq Miqrasiya Təşkilatı (İOM) tərəfindən təşkil olunub. Müxtəlif dövlətlərdən olan diplomatlar, Azərbaycan hökumətinin rəsmiləri və insan alverinə qarşı mübarizə sahəsində çalışan ekspertlər konfransın işinə qatılıb sözügedən beynəlxalq problemin çözülməsi yollarını müzakirə ediblər.

 

Müvəqqəti işlər vəkili U.Qill insan alverinin ciddi problem olduğunu xatırladıb: “Beynəlxalq Əmək Təşkilatının hesablamalarına görə dünyada insan alveri qurbanlarının sayı 25 milyon ətrafındadır. İnsan alveri qurbanları sadəcə bir qrup deyil, onların adları, simaları və bizim ilə paylaşacağı hekayələri var”.

U.Qill şəxsiyyətinin gizli saxlanılması üçün şərti Gülnarə adı verdiyi bir cəsarətli azərbaycanlı qadının əhvalatını söyləyib. Sözügedən qadın insan alveri qurbanına çevrilmiş, lakin Azərbaycan hökuməti, USAİD və İOM təşkilatlarının əməkdaşlığı sayəsində o, sığınacaq taparaq öz həyatını ləyaqətli şəkildə davam etmək imkanı əldə etmişdi.

U.Qill əməkdaşlıq şəkilində fəaliyyətin vacibliyini də vurğulayıb. Diplomat qeyd edib ki, Birləşmiş Ştatlar illər boyu Azərbaycan və dünayın digər ölkələri ilə birgə işləyərək sözügedən cinayətə qarşı mübarizə aparıb və Gülnarə kimi qurbanlara yardım edib: "Azərbaycanla bu sahədə hər zaman tərəfdaşlıq etmişik. Birləşmiş Ştatların Azərbaycanan etdiyi yardım insan alveri qurbanları üçün sığınacaqların maliyyələşdirilməsi, insan alveri qurbanlarına tibbi yardım göstərən peşəkarlara təlimlərin təminatı və həmçinin aidiyyatı nazırliklərin fəaliyyətinin gücləndirilməsindən ibarətdir.”

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Amerikanın Dakota əyalətində qızıldərili geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR