Slimfit
  1. AZƏRBAYCAN

Qusarda Köhnə Xudat-Həzrə avtomobil yolunun tikinti başa çatır

Qusarda Köhnə Xudat-Həzrə avtomobil yolunun tikinti başa çatır
Sakura

Qusarda Köhnə Xudat-Həzrə avtomobil yolunun tikinti başa çatır

Qusar rayonunda inşa olunan Köhnə Xudat-Həzrə avtomobil yoluna ikinci qat asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb. SİA-ya verilən məlumata görə, 22 min nəfərə yaxın əhalinin yaşadığı 21 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisi noyabr ayının sonunadək başa çatdırılacaq. Uzunluğu 21 kilometr olan yeni yoldan Əvəcuq, Hil, Piral, Yasab, Həzrə və ətrafdakı digər kəndlərin sakinləri istifadə edəcək. Hazırda yolun Piral kəndindən keçən hissəsində asfalt-beton örtüyünün döşənməsi işləri görülür. Müasir standartlara cavab verən ikizolaqlı avtomobil yolunun hərəkət hissəsinin eni 6, yol çiyinləri ilə birlikdə isə 12 metrdir. Layihə çərçivəsində, zəruri olan yerlərdə vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə 3 kilometr uzunluğunda yeni piyada səkiləri inşa edilib, kənarlarına səki daşları düzülüb. Yolboyu 60 poqonmetr uzunluğunda və diametri 0,7 metr olan yeni dəmir-beton boruların quraşdırılması işləri də aparılıb. Tikinti işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yolboyu 76 ədəd yol nişanı və məlumatverici lövhə, 680 ədəd siqnal dirəkləri quraşdırılacaq, 63 kilometr uzunluqda üfüqi nişanlanma xətləri çəkiləcək. Köhnə Xudat-Həzrə avtomobil yolu sakinlərin rahat gediş-gəlişini təmin etməklə yanaşı, bölgədə turizmin və kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaq.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR