Qusar sakini cüyür balasını xilas etdi
Qusar rayon sakini, Şahdağ Milli Parkının əməkdaşı Rəvayət Nəzərov meşədə köməksiz vəziyyətdə qalan cüyür balasını xilas edib.
Oxu.Az-ın şimal bölgəsi üzrə müxbirinin verdiyi xəbər görə, rayonun Yasab kəndində yaşayan Rəvayət Nəzərov meşədə gəzərkən qəribə heyvan səsi eşidib.
Səs gələn əraziyə doğru gedərkən kolların içində ilişib qalan cüyür balasını görüb.
Rəvayət Nəzərov cüyür balasını evinə gətirərək ona iki gün qulluq etdiyini deyir. Anasından ayrı düşən cüyür balası təxminən bir aylıqdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları cüyür balasını Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası və Reabilitasiyası Mərkəzinə təhvil verəcəklərini bildiriblər. Bir müddət orada qalan heyvan böyüdükdən sonra təbiətə buraxılacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət