Slimfit
  1. AZƏRBAYCAN

Qurban Yetirmişli: “Dövlət başçısının tapşırığına əsasən, zəlzələ ərazisində gücləndirilmiş rejimdə seysmoloji iş aparılır”

Qurban Yetirmişli: “Dövlət başçısının tapşırığına əsasən, zəlzələ ərazisində gücləndirilmiş rejimdə seysmoloji iş aparılır”
Sakura

Qurban Yetirmişli: “Dövlət başçısının tapşırığına əsasən, zəlzələ ərazisində gücləndirilmiş rejimdə…

“Şamaxı-İsmayıllı bölgəsində fevral ayının 5-də saat 23:25 və 23:31-də baş verən zəlzələnin afterşokları hələ davam edir”.

Bunu “Report”a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli deyib.

O bildirib ki, ərazidə enerji boşalması gedir, ümumi vəziyyət sabitdir: “Dünən axşamdan səhərə kimi hələ hiss olunan afterşok olmayıb”.

Q.Yetirmişli qeyd edib ki, Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları fevral ayının 6-dan zəlzələ baş verə ərazidədir: “Zəlzələnin ocaq zonasında əlavə stansiyalar qurulub, tədqiqatlar aparılır. Dövlət başçısının tapşırığına əsasən, ərazidə gücləndirilmiş rejimdə seysmoloji iş aparılır”.

Baş direktorun sözlərinə görə, ərazidə aşağı maqnitudalı zəlzələlər qeydə alınır: “Hazırda afterşoklar emal olunur, sayı ictimaiyyətə açıqlanacaq. Ümumi 130-dan çox afterşok qeydə alınıb”.

Qeyd edək ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına əsasən, 05.02.2019-cu il tarixində saat 23:31-də Pirqulu stansiyasından 11 km cənub-qərbdə, İsmayıllı rayonu ərazisində, km dərinlikdə zəlzələ qeydə alınıb. Zəlzələ episentirdə bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR