Dərc edildi: Baxış sayı: 389
Qurban Qurbanov Portuqaliyada mətbuat konfransı keçirəcək
Avropa Liqasının qrup mərhələsinin ilk matçları çərçivəsində baş tutacaq “Sportinq CP" (Portuqaliya) - “Qarabağ” qarşılaşmasından öncə keçiriləcək son məşq və mətbuat konfransının vaxtı açıqlanıb.
AzVision.az klubun saytına istinadən xəbər verir ki, sabah - sentyabrın 19-da baş məşqçimiz Qurban Qurbanov yerli vaxtla 18:30-da (Bakı vaxtıyla 21:30) media mənsublarının önünə çıxacaq. Komandamızın son məşqi isə saat 19:00-da (Bakı vaxtıyla 22:00) qarşılaşmanın keçiriləcəyi “Joze Alvalade” stadionunda baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.
Qeyd edək ki, "Sportinq" - "Qarabağ" görüşü sentyabrın 20-i Bakı vaxtı ilə 23:00-da başlayacaq.
Qeyd edək ki, "Sportinq" - "Qarabağ" görüşü sentyabrın 20-i Bakı vaxtı ilə 23:00-da başlayacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət