Slimfit
  1. MARAQLI

Qurban ətini doğru bişirməyin üsulları - Həkim məsləhəti

Qurban ətini doğru bişirməyin üsulları - Həkim məsləhəti
Sakura

Qurban ətini doğru bişirməyin üsulları - Həkim məsləhəti

Qurban bayramını sağlam keçirmək üçün həkim dietoloq Dilək Çelik insanlara bəzi məsləhətlər verib.

Metbuat.az Türkiyə KİV-nə istinadla bildirir ki, həkim xroniki xəstəliyi olan şəxslərin bayram süfrələrində porsiyalarına diqqət etməli olduqlarını vurğulayıb. O qeyd edib ki, ətin doğru üsullarla bişirilməsi sağlamlıq cəhətdən önəmlidir:

 

"Qurban ətinin 24 saat soyuducuda saxlandıqdan sonra istifadəsi məqsədəuyğundur. Çünki saxlanılan ət daha asan bişir, daha ləzzətli olur və orqanizmin əti həzm etməsini asanlaşdırır.

Həkim bildirib ki, qurban ətinin kərə yağı və quyruq yağında yüksək temperaturda bişirilməsi sağlamlıq baxımından doğru deyil. Çünki yüksək atəşə məruz qalan heyvanmənşəli yağ əti konsoregen qida halına gətirir. Ən idealı isə əti öz suyunda, bol tərəvəzlə bişirməkdir. Ləzzətli ət yeməyi üçün ədviyyatlardan istifadə edin. Kəklikotu, qırmızı bibər, zirə kimi ədviyyatlar həzmi asanlaşdırır.

Həkim əlavə edib ki, ətin faydalarından yararlanmaq üçün ən yaxşı üsul onu buxarda bişirməkdir. Bu üsulla qidaların vitamin və mineral dəyərləri saxlanılır.

Aysel Yaqubqızı 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kaliforniya, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR