Dərc edildi: Baxış sayı: 939
Qurban bayramına görə Azərbaycanda 4 gün iş olmayacaq - QƏRAR
Azərbaycanda Qurban bayramı ilə əlaqədar iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci il 19 iyul iş günü ilə 17 iyul istirahət gününün yerləri dəyişdirilib.
Ens.az Report.az-a istinadən xəbər verir ki, bununla əlaqədar Baş nazir Əli Əsədov “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” qərar imzalayıb.
Qeyd edək ki, iyulun 20 və 21-də Azərbaycanda Qurban bayramı qeyd olunacaq. Əmək Məcəlləsinə əsasən, qeyd olunan günlər qeyri-iş günləri sayılır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət