Qurban bayramı vətəndaşlara neçəyə başa gələcək
"Kommersant.az" bayram öncəsi qurbanlıq heyvanların qiyməti və bazarın ümumi vəziyyətini öyrənmək üçün Bakının Təbriz küçəsi ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsində (“Qarabağ” mehmanxanasının söküntü sahəsindəki avtomobil dayanacağı) yerləşən ət-kəsim məntəqəsinə baş çəkib.
Satıcılar qurbanlıq heyvanların əsasən Ağcabədi və Beyləqandan gətirildiyini bildirdilər. Məntəqədə 20-25 kiloluq qoyunların qiyməti 150-300 manat arasında dəyişir. 11-12 kiloluq əti olan quzuların diri çəkisi isə 6 manata təklif edilir. Satıcıların sözlərinə görə, qoyunların qiymətində ötən illərlə müqayisədə artım var. Satıcılar eyni zamanda alıcı qıtlığından da gileyləndilər.
Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə paytaxt və bölgələrdə 21-23 avqust tarixlərində iribuynuzlu və xırdabuynuzlu heyvanların satış yarmarkası keçiriləcək. Yarmarkalar Qida Təhlükəsizliyi Agentliyinin müəyyən etdiyi məntəqələrdə təşkil olunacaq. Satış yarmarkalarının Bakı şəhərinin 32 nöqtəsində, Gəncə, Neftçala, Lənkəran, Şəki, Şirvan, Quba, Ağdaş, Şamaxı, Göyçay, İsmayıllıda keçirilməsi nəzərdə tutulur. Yarmarkalarda ümumilikdə 35 minə yaxın qurbanlıq heyvanın satışa çıxarılması gözlənilir.
Daha ətraflı video-reportajda:
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət