Slimfit
  1. DİN

“Quran”a görə, oğurluq edənlərin əlləri kəsilməlidirmi? - Dinşünasın İZAHI

“Quran”a görə, oğurluq edənlərin əlləri kəsilməlidirmi? - Dinşünasın İZAHI
Sakura

“Quran”a görə, oğurluq edənlərin əlləri kəsilməlidirmi? - Dinşünasın İZAHI

“Quran”da oğurluq edənlərin əllərinin fiziki mənada kəsilməsi kimi yanlış təfsirlənən bir ayə var. Bu, 5-ci surənin 38-ci ayəsidir.

Ayədə əllərin fiziki mənada kəsilib atılması nəzərdə tutulmur.

Təlqin edilən mətləb əllərin oğurluq əməlindən, yaxud oğurlanan nəsnələrin dəyərində, miqdarında mal-mülkündən üzülməsidir.

İslam şəriətinə gətirilən bu yanlışlığı qısaca izah üçün ayədə işlənən feilin “Oxu”dakı (“Quran”dakı) mənasına diqqət çəkməliyəm. Həmin feil "qa-ta-'a" kökündəndir. Ərəbcəni bilənlər üçün deyim, “Oxu” əslinin ərəbcə mətnində əllərin fiziki mənada kəsilməsinə dair mənanı həmin feilin 1-ci babı, yəni istinad edilən variantı deyil, 2-ci babı ifadə edir: "qat-ta-'a". Qoşa "ta" hərfi ilə işlənən variantı!

Əllərin fiziki mənada kəsilməsinə dair nümunə “Oxu”nun 26-cı surəsinin 49-cu ayəsində verilir: feilin 2-ci babında, şiddətli forması olan “qatta'a” variantında. Fironun əmri ilə həyata keçirilən cəza tədbiri olaraq.

Feilin birinci babındakı “qa-ta-‘a” - ümidini üzmək, dostluq mübasibətinə son qoymaq, kimisə öz həyatından silmək, yol kəsib yolkəsənlik etmək, filankəsin haqqını kəsmək və s., eləcə də nəyinsə hissələrə ayrılması, nəyinsə fiziki mənada kəsilməsi anlamlarında olan ifadələrdə işlənir. Bəzi izahlı lüğətlər yanlış şəriət yozumunun təsirilə “Quran”a istinadən əlin də kəsilməsini bu ifadələrə əlavə edirlər. Əlbəttə, “Oxu” mətninin öz məntiqi, eləcə də orijinaldakı ərəbcə mətnin qrammatik məntiqi həmin feilin əlin kəsilməsinə dair mənasını sadəcə qəbul etmir.

Yusif surəsində peyğəmbərin gözəlliyindən hayıl-mayıl qalan qadınlar heyranlıq içində özlərini unudaraq çaşqınlıqdan əllərində tutduqları biçaqlarla meyvə soymaq, ya kəsmək əvəzinə əllərini kəsirlər, yaralayırlar. Bu yerdə işlənən feil “qa-ta- ’a” deyil, “qat-ta-‘a”-dır.

Digər yandan, “Oxu”da oğurluğa görə tətbiq edilən tədbir də var. Yusif peyğəmbərin tədbiri. Həmin əhvalatda əsl oğurluq hadisəsi baş verməsə də, açıqdır ki, peyğəmbər oğurluqda ittiham ssenarisi ilə “həbs” edilən qardaşını cəmiyyətdən müvəqqəti olaraq təcrid edir. Bu da ümumiyyətlə sivil toplumlarda oğurluğa görə qəbul edilən cəza növündən mahiyyətcə fərqlənmir. Nəzərə almaq olar ki, bu cəza növü “Oxu”da həm də peyğəmbər nümunəsində həyata keçirilir.

Ərəbcənin “Oxu” orijinalındakı qrammatik məntiqi də öz yerində!

 

Mənbə: Modern.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami adına Ədəbiyyat Muzeyinin binasının pəncərəsində Əfzələddin Xaqani rəsmi

Redaktor seçimi

SON XƏBƏRLƏR