Slimfit
  1. MEDİA

“Qulağındakı sırğanı, barmağındakı üzüyü çıxarıb türk ordusuna göndərən insanlarımız olub”

“Qulağındakı sırğanı, barmağındakı üzüyü çıxarıb türk ordusuna göndərən insanlarımız olub”
Sakura

“Qulağındakı sırğanı, barmağındakı üzüyü çıxarıb türk ordusuna göndərən insanlarımız olub”

Nəsiman Yaqublu: “Azərbaycanlılar I Dünya savaşında da türklərə həm maddi, həm də ərzaq yardımı göstərib”

“SOCAR-Türkiyə” 29 oktyabr Türkiyənin Cümhuriyyət bayramı ilə əalqədar olaraq reklam filmi hazırlayıb. Filmdə Qurtuluş savaşında iştirak edən azərbaycanlıların fədakarlığı, türk xalqının dar məqamda bir-birinə verdiyi dəstək öz əksini tapıb.

Maraqlıdır, istər I Dünya müharibəsində, istər Qurtuluş savaşında, istərsə də digər müharibələrdə Azərbaycan xalqının qardaş türk xalqına göstərdiyi dəstək yetərincə araşdırılıbmı? Bu istiqamətdə daha ciddi addımların atılmasına ehtiyac varmı?

Moderator.az-a açıqlama verən tarixçi alim, professor Nəsiman Yaqublu bununla bağlı ciddi faktların olduğunu söyləsə də, bu istiqamətdə geniş araşdırmaların aparılmasına ehtiyac olduğunu vurğuladı:

“Mən “SOCAR-Türkiyə”nin çəkdiyi həmin reklam filminə baxmamışam. Ona görə də bu film haqqında nə isə deyə bilmirəm. Lakin bu bir gerçəkdir ki, istər I Dünya savaşında, istər Çanaqqala savaşında, istərsə də XX əsrin əvvəlində baş verən Qurtuluş savaşında Azərbaycandan olan insanlar da iştirak edib. Onlar hərbi əməliyyatlarda ciddi fəallıq göstəriblər. Xüsusilə də 1920-ci ildə bolşeviklər Azərbaycanı işğal edəndən sonra hərbçilərimizin bir hissəsi Türkiyəyə gedərək buradakı Qurtuluş savaşına qoşuldu və türk xalqı ilə birlikdə mübarizə apardı. Bu cür faktlar mövcuddur. Çar Rusiyasına aid arxivlərdə də bununla bağlı çoxlu məlumatlar var. Bu məlumatlarda Azərbaycandan türklərə verilən dəstək, göstərilən köməkliklər öz əksini tapıb.

I Dünya müharibəsində azərbaycanlıalr türklərə maddi köməkliklər, ərzaq köməklikləri göstərib. Hətta qızıl sırğasını, qızıl üzüyünü çıxarıb qardaş türklərə göndərən, türk xalqının mübarizəsinə bu cür dəstək olan insnalarımız olub. Bu barədə çar Rusiyası da məlumatlı idi. Ona görə də Azərbaycandakı bəzi şəxslərin izlənməsi həyata keçirilirdi. Bu izlənmələrdə məqsəd onların Türkiyəyə meyilənməsinin qarşısını almaq, kömək göstərməsini önləmək idi.

Azərbaycanlılar hər zaman türk xalqına çətin məqamlarda dəstək verib və bu da təbiidir. Çünki Azərbaycan və Türkiyə eyni millət, eyni dövlətdir.

Bir sözlə, azərbaycanlıların türk xalqının apardığı mübarizələrə bu cür dəstəkləri olub və bu məsələlər hələ lazımınca araşdırılmayıb. Nə Çanaqqala, nə Qurtuluş savaşı, nə də Qurtuluş savaşı bitdikdən sonra Türkiyə Cümhuriyyəti ordusunun formalaşmasında, ordunun möhkəmlənməsində azərbaycanlılaırn rolu yetərincə öyrənilməyib. Bu, ciddi br mövzudur və bunun ətrafında ciddi tədqiqatlar aparılmalıdır”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev tələbələri arasında

Redaktor seçimi

SON XƏBƏRLƏR