Dərc edildi: Baxış sayı: 574
Qul Qaranı - Ay ağa səni
Ərş üzündə pərvaz edən buludlar,
Gözlərim oxşatdı ay ağa səni.
Hər qətrəsi tutar bir əzim mələk,
Əmirsiz qoymazlar ay ağa səni.
Müşkül olsa, həkim atar nəxandan,
Qorxum yoxdur nə sultandan, nə xandan,
Mələkülmövt bir gün tutar yaxandan,
Qoymaz ki, qalxasan ayağa səni.
Cəhd eylə, Qərani, qıl beş vaxtını,
Günahkar olarsan, tərk et taxtını,
Soyarlar əynindən tacı-taxtını,
Yuyarlar, bükərlər ay aga səni.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət