Dərc edildi: Baxış sayı: 676
Qul Mahmud - Tapmadım
Məğribdən-məşriqə bəyan eylədim,
Na axtardım sitəmkarı tapmadım.
Yüz zülümlə bir gecənin birində,
Apardılar, nazlı yarı tapmadım.
Sinəsi mərmərdi, boyu sürahı,
Məniydim dəhridə onun pənahı.
Neyləsin, nə idi suçu, günahı?
Necə deyim biilqarı tapmadım?
Zalım yağı heç gəlmədi insafa,
Biçarə Mahmudam, düşmüşəm aha.
Bir namə yazdırıb göndərdim şaha,
Şahdan gələn ixtiyarı tapmadım.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət