Dərc edildi: Baxış sayı: 542
Qul Mahmud - Qovuşdu
Addadı zimistan, gəldi növbahar,
Dağda qar oynadı, selə qovuşdu.
Dənizin sinəsi buzdan açıldı,
Yaşılbaş sonalar gölə qovuşdu.
Ya Rəbb, məni salma bir də möhnətə,
Canımda hal yoxdu, dözəm zillətə.
Hicranm əliylə düşdüm qürbətə,
Həftələr dolandı ilə qovuşdu.
Canım qurban olsun Novruz ayma,
Uşaqlar batıbdı bayram payma.
Şükr olsun Xudanm haqqı sayma,
Aşıq Mahmud gəlib elə qovuşdu.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət