Dərc edildi: Baxış sayı: 412
Qüdsün paytaxt kimi tanınması, qəsəbələrin salınması... - Pompeo
ABŞ-ın İsrail qəsəbələri ilə bağlı qərarının bu ölkənin Fələstinlə sərhəd məsələsinə təsiri yoxdur. Bu, tərəflərin danışıqları ilə müəyyən edilməlidir.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Mayk Pompeo deyib.
“Qüdsün İsrail paytaxtı kimi qəbul edilməsi qərarı zamanı Prezident (Donald Tramp) bildirdi ki, sərhədlərlə bağlı yekun qərar tərəflərin (Fələstin-İsrail) danışıqlarından sonra bəlli olacaq”, - deyə dövlət katibi bildirib.
Qeyd edək ki, Pompeo İsrailin Fələstin torpaqlarında yaşayış məntəqləri salmaqla beynəlxalq hüququ pozmadığını bildirmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət