Slimfit
  1. CƏMİYYƏT

Qüds Sefardi ortodoks baş ravvini Azərbaycan Prezidentinə təşəkkür edib

Qüds Sefardi ortodoks baş ravvini Azərbaycan Prezidentinə təşəkkür edib
Sakura

Qüds Sefardi ortodoks baş ravvini Azərbaycan Prezidentinə təşəkkür edib

Qüds Sefardi ortodoks baş ravvini Şlomo Amar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb. 

"Report"un məlumatına görə, mətndə deyilir:

"Möhtərəm Prezident.

Sizə və ailə üzvlərinizə Allahdan nemət və bərəkət arzulayırıq.

Sizi 10 il əvvəl tanıdım və çox dahi bir şəxslə görüşdüyümün şahidi oldum, təkcə böyük, mühüm işlər görməyinizlə deyil, eləcə də dahi və görkəmli, yüksək ali məqama malik olan şəxsiyyət kimi tanıdım. Siyasət sahəsində bir çox şəxslər bu işin öhdəsindən gəlməkdə çətinlik çəkiblər və bu, mənim gözlərim qarşısında baş verib.

Azsaylı bir xalqın nümayəndəsinə xüsusi münasibətlə yanaşmağınız, istəklərimizi yerinə yetirməyə səy göstərməyiniz, ehtiyac duyduqlarımızı ləyaqət və sadəliklə qarşılamağınız və təvazökarlıqla əlinizdən gələni etməyiniz böyük işlərdir.

Noyabrın 14-15-də təşkil etdiyiniz sammit dinlər və xalqlar arasında sülh yaradılmasına xidmət edir. Bu işi böyük hörmət və ehtiramla həyata keçirdiniz. Çox kiçik bir məqamı nəzərinizə çatdırım ki, saatlarla əyləşdiniz və bütün iştirakçıların çıxışlarını səbirlə dinlədiniz. Bu, Sizin böyüklüyünüzün daha bir nümunəsidir. Bütün qonaqları nahara dəvət etdiniz və yəhudi nümayəndəliyini də diqqətdən kənarda qoymadınız. Belə ki, müqəddəs Tövrat və dinimizin adətlərinə uyğun olaraq halal nemətlər ilə qidalanmağımızı təmin etdiniz. Öz xanımınızla ziyafətdə iştirak etdiniz. Eləcə də mühafizə işçilərinin yüksək diqqətəlayiq alicənablığını və davranışını da xüsusilə qeyd etmək lazımdır. Bu xüsusi diqqət və qayğıya görə hər bir şəxsə Allahdan bərəkət diləyirəm.

Səhəri gün, noyabrın 15-də 3 nəfər nümayəndə üzvü ilə birlikdə Prezidentin qəbuluna dəvət olunduq. Mənə heç vaxt unutmayacağım təəssüratlar bəxş etdiniz. Sizin nəzakətli davranışınızdan, sadəliyinizdən və söhbətinizdən dərin biliyə malik və təvazökar insan olduğunuzu gördük. Xalqımızın firavanlığı üçün dua etdik. Bir daha Zati-alinizin necə böyük və dahi bir şəxs olduğunu gördük. Bakının möhtəşəm küçələri, Prezidentin sadəliyi bizdə heç vaxt unuda bilməyəcəyimiz təəssüratlar yaratdı. Elə bu güclü və dərin iz qoyan təəssüratlarla da ölkəmizə qayıtdıq.

Cənab Prezident.

İcazə verin, Sizə, xanımınıza, ailə üzvlərinizə və Sizin kimi ali məqamlı Prezidentə layiq olan xalqınıza öz dualarımı çatdırım.

Əlavə etmək istərdim ki, Azərbaycan antisemitizmin hökm sürmədiyi yeganə ölkədir. Allah bunun müqabilində sizə nemət və bərəkət bəxş edəcək. Həmişə başqalarına da bu cür nümunə olmaqda davam edin".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR