Slimfit
  1. DÜNYA

“Qucci” ləqəbli it sahibini əziyyətli ölümdən xilas etdi

“Qucci” ləqəbli it sahibini əziyyətli ölümdən xilas etdi
Sakura

“Qucci” ləqəbli it sahibini əziyyətli ölümdən xilas etdi

Avstraliyanın Yeni Cənubi Uels ştatının Sidney şəhərində Qucci adlı pomeraniya iti sahibini yanğından xilas edib. Bu barədə “9News” xəbər portalı məlumat yayıb.

58 yaşlı Corc Rutonskinin evi 7 oktyabr tarixində yerli vaxtla saat 23:30 radələrində yanıb. Avstraliyalı itinin səsinə yuxudan oyanıb, köməyə qonşular da gəliblər. Onlar kişinin evdən çıxmasına kömək edərək onu xəstəxanaya aparıblar.

Qonşu Fred Sakker deyib ki, it Corcu vaxtında oyadaraq həyatını xilas edib: "Düşünürəm ki, it olmasa, o, sağ qala bilməzdi. Evdə hər şey yanıb".

Yanğın söndürülsə də, binanın əksər hissəsi böyük zərər görüb. Corcun sığortalamağa vaxtı olmayan "Harley-Davidson" motosikleti belə yanıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Don Kixot romanının müəllifi olan M.Servantes, Memar Sinanın tikdirdiyi Kılıç Əli Paşa Məscidində fəhlə işləyib

Redaktor seçimi

SON XƏBƏRLƏR