Dərc edildi: Baxış sayı: 272
Qubadlının bu ərazisində yenidənqurma işləri başlayır
Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 Sayli Bərpa, Tikinti və İdarəetmə Xidməti açıq tender elan edib.
Ens.az Ölkə.az-a istinadən xəbər verir ki, tender Qubadlı rayonu, Mahruzlu kənd yaşayış məntəqəsinin yenidənqurulma layihəsi çərçivəsində kəndin ümumi şaquli planlaşdırılması üzrə topraq işlərinin satın alınması məqsədilə verilib.
Tender iştirakçıları təkliflərini 31.07.2023-cü il saat 17:00-a qədər təqdim etməlidirlər. Təklif zərfləri 01.08.2023-cü il saat 10:00-da açılacaq.
Tenderdə iştirak haqqı 1000 manatdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət