Dərc edildi: Baxış sayı: 556
Qubadlı və Kəlbəcərə hərbi prokurorlar təyin olundu
Baş Prokurorluğun Mətbuat xidmətindən sorğuya cavab olaraq bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “İşğaldan azad olunmuş ərazilərdə yeni hərbi prokurorluqların yaradılması haqqında” 1 aprel 2021-ci il tarixli Sərəncamına əsasən Qubadlı və Kəlbəcər Hərbi Prokurorluqları yaradıldıqdan sonra Baş prokuror Kamran Əliyevin müvafiq əmrləri ilə qeyd olunan hərbi prokurorluqların struktur və ştat tərkibi müəyyən edilib.
Ens.az xəbər verirki,Baş Prokurorluqdan Axar.az-a bildirilib ki, müvafiq əmrlərlə Mahir Ələmdar oğlu Bayramova Kəlbəcər hərbi prokuroru, Elşən Xıdır oğlu Mürsəlova Qubadlı hərbi prokuroru vəzifələrinin icrası həvalə edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət