Slimfit
  1. AZƏRBAYCAN

Qubada yamaca çıxmaq istəyən ərəb turistlərə kənd sakini icazə verməyib - "Pul verin"

Qubada yamaca çıxmaq istəyən ərəb turistlərə kənd sakini icazə verməyib - "Pul verin"
Sakura

Qubada yamaca çıxmaq istəyən ərəb turistlərə kənd sakini icazə verməyib - "Pul verin"

Qubaya istirahətə gedən turistlər qəribə hadisə ilə rastlaşıb. Quba sakini Qəçrəş kimi tanınan ərazidə dağın yamacına qalxmaq istəyən bir qrup ərəb turisti ora buraxmayıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı cebhe.info-ya səfəri təşkil edən turizm şirkətinin nümayəndəsi verib. Onun sözlərinə görə, özünü təqdim etməyən gənc oğlan ailələri ilə yamaca qalxmaq istəyən ərəb turistlərə yaxınlaşaraq girişə görə 1 manat ödəniş tələb edib.

Bundan əsəbləşən turistin yanındakı turizm şirkətinin nümayəndəsi ilə "yamac sahibi" arasında mübahisə yaranıb:

"Mən dedim ki, dağ millətindir, dövlətindir, şəxsi əmlak deyil, buna görə niyə ödəniş etməliyik? O isə dedi ki, buranı özəlləşdirmişəm. Güya sənədləri də var. Tələb etdim, amma sənədləri gətirmədi. Sadəcə yanımdakı turistlər mübahisə böyüməsin deyə yamaca qalxmaq fikirindən daşındılar. Biabırçılıqdır. Bu cür edirlər ki, turistlər də daha gəlmək istəmir".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR