Slimfit
  1. AZƏRBAYCAN

Qubada Qarabağ müharibəsi əlilləri üçün tikilən bina rabitə xidmətləri ilə təmin olunub

Qubada Qarabağ müharibəsi əlilləri üçün tikilən bina rabitə xidmətləri ilə təmin olunub
Sakura

Qubada Qarabağ müharibəsi əlilləri üçün tikilən bina rabitə xidmətləri ilə təmin olunub

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti Qubada Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa edilmiş binanı rabitə xidmətləri ilə təmin edib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, şəhərin M.P.Vaqif küçəsində yerləşən 4 mərtəbəli, 36 mənzilli binaya 1300 metr məsafədə yerləşən elektron ATS-dən müxtəlif tipli kabellər çəkilməklə telefon və internet xidmətləri verilib.

Görülmüş işlər nəticəsində əvvəllər simsiz CDMA telefon rabitəsindən istifadə edən qazilərimiz və şəhid ailələri hazırda REMUT tipli elektron ATS vasitəsilə telefon və internet xidmətlərindən faydalana biləcəklər.

Qeyd edək ki, elektron ATS-in mövcud tutumunun 288 nömrədən 336 nömrəyə çatdırılması nəzərdə tutulub.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR