Dərc edildi: Baxış sayı: 528
Qubada karantin rejimini pozan çayxana aşkarlandı
Qubada karantin rejimini pozan şəxs aşkarlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Quba regional qrupundan Modern.az-a verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Quba Rayon Polis Şöbəsinin əməkdaşları tədbirləri davam etdirir. Şöbə əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən çayxana aşkarlayıblar.
Dərhal obyektin fəaliyyəti dayandırılıb, sahibi İlkin Mirzəyev barəsində isə qanuna müvafiq qaydada tədbir görülüb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət