Slimfit
  1. AZƏRBAYCAN

Qubada doğulan üçəmlər üçün ev tikiləcək

Qubada doğulan üçəmlər üçün ev tikiləcək
Sakura

Qubada doğulan üçəmlər üçün ev tikiləcək

Qubanın Alpan kəndində Ələkbərovlar ailəsi üçün yeni ev tikiləcək. 

Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Nizami və Şəbnəm Ələkbərovların evlərini ziyarət edib. Üçəmlər olan Heydər, Leyla və Arzuya hədiyyələr aparan başçı ailənin yaşayış evinin yararsız vəziyyətdə olduğunu görüb. 

Ziyəddin Əliyev uşaqların atası Nizami Ələkbərovun qardaşı Abdulla Ələkbərovun ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olduğunu nəzərə alaraq, qısa vaxt ərzində ailə üçün yeni yaşayış evinin tikilib istifadəyə verilməsi barədə  qərar qəbul edib. Eyni zamanda uşaqların valideyni Nizami Ələkbərovun müvafiq işlə təmin olunması barədə tapşırıq verilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR