Slimfit
  1. AZƏRBAYCAN

QSC-nin rəhbərliyindəki dəyişikliyə səbəb nədir?

QSC-nin rəhbərliyindəki dəyişikliyə səbəb nədir?
Sakura

QSC-nin rəhbərliyindəki dəyişikliyə səbəb nədir?

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC rəhbərlikdə baş verən dəyişikliklə bağlı açıqlama yayıb.

Qurumdan “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, son günlər mediada Gəmiçiliyin Təchizat departamentində aparılan kadr dəyişikliyi yanlış tərəfə istiqamətləndirilir. 

“QSC olaraq bildirmək istəyirik ki, yayılan xəbərlər həqiqəti əks etdirmir. Şirkətdə işin səmərəliliyini daha da artırmaq üçün kadr dəyişikliyi aparılıb. Zakir Əliyev Təchizat departamentinin rəisi vəzifəsinə təyin olunub. Departamentin əvvəlki  rəisi Elman Qasımov və onun müavini Vüqar Allahverdiyev isə bundan sonra fəaliyyətlərini Layihələrin İdarəedilməsi departamentində davam etdirəcəklər. 

Saytlarda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC sədrinin müavini Cəbrayıl Mahmudlunun səlahiyyətlərinin əlindən alınması ilə bağlı yayılan məlumatlar da həqiqətləri əks etdirmir. O, hazırda da öz vəzifəsini icra etməkdədir”. 

Xatırladaq ki, yayılan xəbərlərdə bildirilirdi ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də daxili yoxlama başlayıb.  AXDG-nin sədri Rauf Vəliyevin tapşırığı ilə başladılan araşdırmanın səbəbi idarədəki yeyinti şübhəsi olub. Yoxlama başlayandan dərhal sonra əsas şübhəlilər – təchizat departamentinin rəisi Elman Qasımov və müavini Vüqar Allahverdiyev işdən uzaqlaşdırılıb. Həmçinin, əsas şübhəlinin AXDG sədrinin təzhizat, nəqliyyat və sosial məsələlər üzrə müavini Cəbrayıl Mahmudlu olduğu qeyd olunurdu. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Zəngin Romalılar saatlarla davam edən möhtəşəm ziyafətlərdə yeməyə davam etmək üçün zaman-zaman qusarlardı

Redaktor seçimi

SON XƏBƏRLƏR