Slimfit
  1. ELM

Qripə qarşı universal vaksin yaradılır

Qripə qarşı universal vaksin yaradılır
Sakura

Qripə qarşı universal vaksin yaradılır

Qripə qarşı universal vaksin hazırlanması artıq uzaqda deyil: ABŞ-ın allergiya və infeksiya xəstəlikləri milli institutundan olan alimlər qrip virusunun çox sayda ştammlarına qarşı effektli olacaq yeni vaksinin kliniki sınaqlarını aparıblar.

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, alimlər yeni vaksinin təhlükəsizliyini və sağlam könüllülərdə immun cavabı çağırmaq qabiliyyətini qiymətləndiriblər.  Qripə qarşı universal vaksin yaratmaq çətindir. Çünki qrip virusu həmişə dəyişir, köhnə vaksinlər isə öz effektliliyini itirir.

Yeni vaksin virusun nisbətən dəyişilməz hissəsi üçün nəzərdə tutulur. Onun əsas hədəfi – hemaqqlyutindir – qrip virusunun zülalıdır. Zülal virusa insan qəfəsinə girmək imkanı verir. Mövsümi vaksinlərin əksəriyyəti  “başa” yönəlib, lakin o daim dəyişir. Yeni vaksin hədəf  kimi “gövdəni” seçəcək.

Alimlər öz işlərində H1N1 virusu zülalının “kökündən” istifadə ediblər. Alınan vaksin yalnız  bu ştammdan deyil, həm də H5N1 virusundan müdafiə edib. Mütəxəssislərin sözlərinə görə, vaksin “1-ci qrup” növü altındakılar (H1 və H5) əleyhinə də işləyir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami adına Ədəbiyyat Muzeyinin binasının pəncərəsində Əfzələddin Xaqani rəsmi

Redaktor seçimi

SON XƏBƏRLƏR