Slimfit
  1. DÜNYA

Qrenlandiyada mülki uçuşlar dayandırıldı - Səbəb

Qrenlandiyada mülki uçuşlar dayandırıldı - Səbəb
Sakura

Qrenlandiyada mülki uçuşlar dayandırıldı - Səbəb

Qrenlandiya aeroportu iqlim dəyişikliyinin qurbanına çevrilir.

Axar.az xəbər verir ki, Qrenlandiyanın “Kanqerlussuak” əsas aeroportu növbəti beş il müddətində mülki uçuşların yerinə yetirilməsini dayandırmalı olacaq. Bunun səbəbi əbədi buzlaqların əriməsinin uçuş-eniş zolağında çatlağa səbəb olmasıdır.

İqlim dəyişikliyi artıq bu aeroportda özünü göstərir. Belə ki, temperaturun yüksəlməsi ilə daim donmuş vəziyyətdə olan ərazilər sürətlə əriyir. Bu, öz növbəsində, uçuş-eniş zolağına da öz təsirini göstərir və ekspertlərin rəyinə əsasən, təyyarələr üçün ciddi problemə və qəzalara səbəb ola bilər. Bütün bunları nəzərə alan Qrenlandiya hökuməti növbəti beş ildə fəaliyyətini dayandıracaq “Kanqerlussuak” əsas aeroportunun yerində yenisini inşa etməyi planlaşdırır.

Qeyd edək ki, Qrenlandiya planetimizin ən böyük adasıdır. Onun səthinin 80 faizi buzlarla örtülüdür. Lakin ada iqlim dəyişikliyi ilə əlaqədar ciddi problemlərlə üzləşib. Alimlər təkcə bu il böyük ərazidə buzlaqların əridiyini bildiriblər. 2012-ci ildə Qrenlandiya 450 milyard ton buz sahəsi itirib və proqnozlara görə, yaxın illərdə o qədər də buzlaqlardan məhrum olacaq. Yaramış vəziyyət onların ciddi narahatlığına səbəb olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR