Slimfit
  1. MARAQLI

Qovurğanın bilmədiyiniz faydaları

Qovurğanın bilmədiyiniz faydaları
Sakura

Qovurğanın bilmədiyiniz faydaları

Qovurğa nənələrimizin uzun illər əvvəl hazırladığı ləzzətli bir çərəzdir. Təəssüflər olsun ki, illər keçdikcə qovurğa hazırlamaq unudulur.

Baxmayaraq ki, xüsusilə də bayramlara özəl hazırlanan qovurğanın ləzzəti ilə yanaşı insan orqanizminə də inanılmaz faydaları var:

 

- Çəki problemi olanlar üçün ideal bir qidadır.

- Həzmsizlik problemi yaşayanlar üçün təbii dərman təsiri göstərir.

- Mədə ağrıları və mədə xəstəlikləri üçün olduqca yararlıdır.

- Saçların köklərini qüvvətləndirərək, daha sağlam çıxmalarına yardımçı olur.

- Bədən yorğunluğunu azaldır və zehnin inkişafına kömək edir.

- Nəfəs darlığı, nəfəs yolları xəstəlikləri üçün olduqca müvəffəqiyyətlidir. Beləliklə, rahat nəfəs almağı təmin edir.

- Antiseptik özəlliyi sayəsində çox yaxşı bir mikrob öldürücüdür.

- Böyrəklərdə daş və qum olanlar bundan faydalana bilir.

- Sinə ağrılarını yüngülləşdirərək, sinəni yumşaldır.

- Hüceyrələrin təzələnməsini təmin edərək yaşlanmanı gecikdirir və xərçəngə qarşı qoruyur.

- Bədəndəki iltihabların təmizlənməsi üçün savaşır.

- Qan axımını sürətləndirərək bədəndə qan dövranını sürətləndirir.

- Antiseptik özəlliyi sayəsində yaraların asan müalicə edilməsinə və bağlanmasına yardımçı olur.

- Ayaq tərləməsini və ayaq qoxusunu önləyir.

Qovurğa üçün lazım olan ərzaqlar:

- 1 kasa iri buğda

- kiçik kasa badam

- kiçik kasa fındıq içi

- kiçik kasa kətan toxumu

Hazırlanması:

Bir tavanı isidin. Təmizlənmiş buğdanı orta temperaturda 7 dəqiqə boyunca qovurun. Daha sonra digər çərəzləri buğdaya qarışdıraraq qovurun. Buğdalar qızılı rəng aldıqdan sonra soyuması üçün geniş bir siniyə töküb soyudun.

Nuş olsun!

Mənbə: Saglamolun.Az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR