Slimfit
  1. AZƏRBAYCAN

Qoşulmama Hərəkatının XVIII Bakı Zirvə Görüşü başa çatdı

Qoşulmama Hərəkatının XVIII Bakı Zirvə Görüşü başa çatdı
Sakura

Qoşulmama Hərəkatının XVIII Bakı Zirvə Görüşü başa çatdı

Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilən XVIII Zirvə Görüşü başa çatıb.

Trend-in məlumatına görə, görüşün yekununda çıxış edən Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, görüşün sonunda Yekun sənəd, Bakı Siyasi Bəyannaməsi, Ev sahibliyi dövlətə təşəkkür və Fələstin üzrə sənədlər qəbul edilib.

E.Məmmədyarov deyib ki, Azərbaycan 2019-cu ildən 2022-ci ilə qədər Qoşulmama Hərəkatına sədrliyi öz üzərinə götürür: 

“Azərbaycana etimad göstərdiyiniz üçün hamınınıza təşəkkür edirəm. Ümid edirik ki, biz çoxtərəfli əməkdaşlığı inkişaf etdirəcəyik. Azərbaycan artıq donor ölkəyə çevrilib. Azərbaycan Qoşulmama Hərəkatının üzvü olan müxtəlif ölkələrə yardımlar ayırır və bu yardımlar davam edəcək. Qəbul edilən sənədlər göstərir ki, Qoşulmama Hərəkatı yenə də qlobal problemlərin həllinə öz töhfəsini verəcək. Azərbaycanın da prioritetləri Bandunq prinsipləri olacaq. Əsas məqsədimiz Qoşulmama Hərəkatına inamı artırmaq və bu qurumun rolunu artırmaq olacaq ”.

Xarici işlər naziri qeyd edib ki, 25 ildən çoxdur ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsindən əziyyət çəkir: 

“Azərbaycan son 25 ildə böyük iqtisadi və sosial nailiyyətlər əldə edib. Azərbaycanın təşəbbüskarı olduğu enerji layihələri dünyada sülhə və təhlükəsizliyə töhfə verir. Biz sədrliyimiz dövründə iqtisadi inkişafa da önəm verəcəyik. Azərbaycan sədrliyi dövründə digər beynəlxalq təşkilatlarla da dialoqun inkişafına önəm verəcək. Mədəniyyətlərarası və svilizasiyalararası dialoqu təşviq edəcəyik. Biz hər kəsə bu Zirvə Görüşündə iştirakınıza görə təşəkkürümüzü bildiririk”

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Borneo adasında bam-balan adlı qeyri-adi meyvə var. Xarici görünüşünə görə tünd rəngli malayziya manqosuna, dadı isə smetanla olan borşa oxşayır.

Redaktor seçimi

SON XƏBƏRLƏR