Qoruqlar 31 dekabr 2019-cu il və 1 yanvar 2020-ci il tarixlərinin qeyri-iş günü hesab olunması ilə əlaqədar…
Dövlət Turizm Agentliyinin tabeliyində olan qoruqlar yanvarın 2-dən etibarən ziyarətçi qəbul edəcək.
Sputnik Azərbaycan-a bu barədə Dövlət Turizm Agentliyindən bildirilib.
Məlumata görə, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Dövlət Turizm Agentliyinin tabeliyində olan “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq, “Basqal” Dövlət Tarix-Mədəniyyət, “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya, “Lahıc” Dövlət Tarix-Mədəniyyət, “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq və “Kiş” Tarix-Memarlıq qoruqları 31 dekabr 2019-cu il və 1 yanvar 2020-ci il tarixlərinin qeyri-iş günü hesab olunması ilə əlaqədar 2 yanvardan etibarən ziyarətçi qəbul edəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət