Slimfit
  1. AZƏRBAYCAN

Qonşu ölkələrdə yayılan xəstəlik dövlət qurumlarını hərəkətə keçirib

Qonşu ölkələrdə yayılan xəstəlik dövlət qurumlarını hərəkətə keçirib
Sakura

Qonşu ölkələrdə yayılan xəstəlik dövlət qurumlarını hərəkətə keçirib

Başqa ölkələrdən Azərbaycan ərazisinə keçə biləcək yolxucu heyvan xəstəliklərindən qorunmaq məqsədi ilə sərhəd-keçid gömrük buraxılış məntəqələrində təhlükəsizlik tədbirləri gücləndirilib. Xüsusilə Gürcüstanda iri və xırdabuynuzlu heyvanlarda yayılan yolxucu nodulyar dermatit xəstəliklərinə qarşı mübarizə aparılır.

Xezerxeber.az-ın məlumatına görə, qonşu ölkələrdə mal- qara arasında yayılan xəstəliklər müvafiq dövlət qurumlarını hərəkətə keçirib.

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Gürcüstanın Samtsxe-Cavaxetiya regionundan gələn və ya həmin ərazidən tranzit keçən nəqliyyat vasitələrinin gömrük keçid məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Azərbaycan Dövlət Gömrük Komitəsinə aidiyyati üzrə müraciət olunub. Bu müraciətə əsasən sərhəd-keçid məntəqlərində gücləndirilmiş iş rejiminə keçilib. 24 saat növbəli sistemlə müxtəlif təyinatlı kimyəvi maddələrlə bütün nəqliyyat vasitələrinin yük yerləri, şinləri, kabinələri dezinfeksiya edilir.

Dövlət Gömrük Komitəsi dezinfeksiya işlərini 2009-cu ildən aparsa da, bu il iyulun 1-dən gücləndirilmiş iş rejiminə keçib. Bu günə kimi keçirilən heyvanlarda nodulyar dermatit və bu qəbildən hər hansı xəstəlik aşkarlanmayıb.

Bu il ölkədə ümumilikdə 2 442 699 baş iribuynuzlu heyvan nodulyar dermatit xəstəliyinə qarşı peyvənd olunub. Hazırda dezinfeksiya işləri davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR