Slimfit
  1. DÜNYA

Qonşu ölkədə neftə görə fövqəladə iclas: prezident xərcləri azaltmaq tapşırığı verdi

Qonşu ölkədə neftə görə fövqəladə iclas: prezident xərcləri azaltmaq tapşırığı verdi
Sakura

Qonşu ölkədə neftə görə fövqəladə iclas: prezident xərcləri azaltmaq tapşırığı verdi

Qazaxıstan prezidenti Qasımcomərt Tokayev neft qiymətinin kəskin düşməsi ilə bağlı hökumət xərclərinin azaldılmasına sərəncam verib. Prezident aparatından verilən məlumatda deyilir ki, hökumət martın 9-da fövqəladə müşavirə keçirib.

Tokayev vurğulayıb ki, Qazaxıstan hökuməti iş yerlərinin qorunub saxlanması, maliyyə və valyuta bazarlarında sabitliyin təminatı da daxil özünün bütün öhdəliklərini yerinə yetirəcək.

Tokayev hökumət xərclərinin məhz hansı maddələr üzrə azaldıla biləcəyinin müəyyənləşdirilməsi üçün xüsusi qrup yaradıb. Bundan başqa heç bir təfərrüat verilmir. Səudiyyə Ərəbistanı öz neftinin qiymətini son 20 ildə ən aşağı həddə saldıqdan sonra Qazaxıstanın milli valyutası – tenge dəyərini 4.5 faiz itirib. Hazırda 1 dollar 382 tengedir.

Mənbə: virtualaz.org

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Tısbağanı xilas etdi

Redaktor seçimi

SON XƏBƏRLƏR