Slimfit
  1. İQTİSADİYYAT

Qonşu ölkədə benzinin qiyməti aşağı salındı

Qonşu ölkədə benzinin qiyməti aşağı salındı
Sakura

Qonşu ölkədə benzinin qiyməti aşağı salındı

Dünya neft bazarında gözlənilməz hadisələr baş verir. Bu gün “Brent”in qiymətində son 21 ilin ən aşağı göstəricisi qeydə alınıb.

 

Bizimyol.info xəbər verir ki, dünya bazarında baş verənlər bəzi ölkələrin benzin siyasətini dəyişib. Ayrı-ayrı dövlətlər yanacağın qiymətini aşağı salmağa başlayıb. Bu sırada Türkiyə də var. Qardaş, qonşu ölkədə benzinin qiymətini azaldıblar. Ümumilikdə qiymət 31 kuruş aşağı salınıb. İndi Türkiyənin əksər şəhərlərində benzinin 1 litri 5 lirədən (72 sent) ucuz satılır.

Neftin dəyərinin azalması dizel yanacağının qiymətinə də təsir göstərib. Türkiyədə bu yanacağın qiyməti daha çox aşağı salınıb. İndi qardaş ölkədə dizeli 41 kuruş ucuz satırlar. İstanbulda qiymət 4.72, İzmirdə isə 4.82-dir.

“Brent” markalı neftə günə 19 dollardan baha başlasa da, sutka ərzində 15.99 göstərici də qeydə alınıb. Azərbaycan nefti isə hətta 16 dollardan da ucuz təklif olunur.

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR